"Terror hücumunu törədənlər və onun sifarişçiləri ən sərt şəkildə cəzalandırılmalıdır" - Ceyhun Bayramov

14:29 27.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı "Twitter"də paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.

Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır".